Tehran və Pekin ABŞ-a meydan oxuyur - İRAN PREZİDENTİ ÇİNİN MÜFDAFİƏ NAZİRİ İLƏ NƏDƏN VƏ NECƏ DANIŞDI?
İran Prezidenti İbrahim Rəisi aprelin 27-də Çinin müdafiə naziri Vey Fenqe ilə görüşüb.
 
Senzor.az bildirir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
 
Görüş zamanı Raisi birqütblü dünya nizamını tənqid edib: “Birtərəflilik və hegemonluq ölkələrə nəzarət etmək və dünyanın davamlı iqtisadi artımının qarşısını almaq üçün formalaşır və birtərəfliliyə qarşı mübarizə aparmaq, sabitlik və nizam yaratmaq yalnız müstəqil güclərin əməkdaşlığı ilə mümkündür”.
 
O, nitqində İranın nəqliyyat üstünlüyünə toxunub: "İranın regionlararası daşımalar, enerji təhlükəsizliyi, həmçinin regional infrastruktur əməkdaşlığı sahəsində nadir imkanları əməkdaşlıq və investisiyalar üçün ciddi platformadır".
 
Raisi həmçinin ABŞ-ın siyasətini tənqid edib və İran-Çin əməkdaşlığının strateji xarakter daşıdığını vurğulayıb: "Amerikalılar SVPD-ni pozmaqla İrana ən güclü təzyiqlərini göstərmək istədilər, amma bu gün rəsmi olaraq etiraf edirlər ki, İrana maksimum təzyiqlərin həyata keçirilməsi cəhdi iflasa uğrayıb. İran xalqı göstərdi ki, ideal hüquq və tələblərinə müqavimət yolu ilə nail olmaq olar... Biz beynəlxalq hadisələrdən asılı olmayaraq, strateji münasibətləri qarşılıqlı siyasi etimad əsasında inkişaf etdiririk və 25 illik kompleks əməkdaşlıq Proqramının uğurla həyata keçirilməsi bu baxımdan prioritetdir".
 
Vey Fenqe öz növbəsində deyib: "İranla Çin arasında münasibətlərin möhkəmlənməsi həmişə region və dünya üçün təhlükəsizlik mənbəyi olub, xüsusilə də hazırkı böhranlı və narahat dünyada... İran və Çin bütün qlobal məsələlərdə əməkdaşlıq edə, bütün dünyada sülh və əmin-amanlıq yaranmasına kömək edə bilərlər... birtərəfli yanaşma dünyanın davamlı iqtisadi inkişafına mane olur".
 
Qeyd edək ki, bundan əvvəl Fenqe İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb, həmçinin İran ordusunun qərargah rəisi general-mayor Məhəmməd Baqeri ilə danışıqlar aparıb...
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.