"Azərsun Sənaye Parkı”ndakı yanğın söndürüldü – “HEÇ BİR EKOLOJİ PROBLEM YARANMAYIB”
FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb.
 
Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
 
Bildirilib ki, hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, hadisə yerində olan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğın söndürülməmişdən bir az əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, heç bir ekoloji problem yaranmayıb: “Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb. Havada heç bir ciddi zərər müşahidə olunmayıb".
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.