Bakıda beynəlxalq konfrans keçirilib - PREZİDENT İLHAM ƏLİYEV TƏDBİRDƏ İŞTİRAK EDİB
YENİLƏNİB, VİDEO/FOTO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
 
Dövlət başçısı dünyanın müxtəlif beyin mərkəzlərini təmsil edən ekspertlərin suallarını cavablandırıb.
 
Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və bu gün Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda (https://president.az/az/articles/view/51088) yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.
 
Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.
 
Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.
 
**10:56

“Azərbaycan Qafqazda sülhün və əməkdaşlığın yeni dövrünün tərəfdarıdır”.
 
Senzor.az
bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
 
Dövlət başçısı qeyd edib ki, konfrans zamanı onun iştirakçıları Azərbaycanın Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı planları ilə tanış olublar: “Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”. “Bundan əlavə, ən mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və beynəlxalq təşkilatlarla birgə mövqelərimizi və regiona baxışımızı təqdim etməkdir. Aparıcı beynəlxalq təşkilatların yeni reallıqları yerlərdə qəbul etməsi də çox vacib idi və bu baş verdi. Eyni zamanda, biz Qafqazda yeni dövrün - sülh və əməkdaşlıq dövrünün fəal şəkildə tərəfdarıyıq. Nəhayət, bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Hökumət Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi - Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan prinsipləri qəbul edib”, - ölkə lideri bildirib. 

**10:15

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.  
Senzor.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir. 


**09:39

Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları ilə görüşəcək.
 
Senzor.az
bildirir ki, görüş ADA Universitetində keçiriləcək.
 
Görüş Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.