Putinin yeni Ukrayna strategiyası
KƏŞFİYYAT MƏLUMATI
Ukrayna kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin müharibə ilə bağlı yeni planını açıqlayıb. 
 
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski  deyib ki, Vladimir Putin mayın 9-dək Ukraynada uğurunu nümayiş etdirməyi hədəfləyir. Qeyd edilir ki, Rusiya lideri Xerson vilayətində qondarma “Xerson Respublikası”nın yaradılması ilə bağlı “referendum”un keçirilməsi üçün hər şeyi edəcək. O, həmçinin məlum kvazidövlətin Rusiya Federasiyasının bir hissəsi olmaq istədiyini bildirəcək. 

V.Skibitskinin sözlərinə görə, ruslar bunu işğalçıların Ukraynadakı “qələbələrindən” biri kimi təqdim etmək istəyirlər və növbəti yerdə Zaporojye və Odessa vilayətləri ola bilər. Kəşfiyyat nümayəndəsi əlavə edib ki, bu, Rusiya Federasiyası Prezidentinin keçmiş Sovet İttifaqının müstəqil dövlətləri ərazisində həyata keçirməyə çalışdığı strategiyasıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.