
Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkə rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
Senzor.az bildirir ki, Müdafiə Nazirliyindən (MN) verilən məlumatda belə deyilir.
"Bir daha bildiririk ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə Nazirliyin yaydığı açıqlamada qeyd edilib.