Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Qərb mətbuatında dərc edilən xəbərlərə münasibət bildirib.Daha dəqiq desək, İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində rusiyalı nazirə Qərbdə “Rusiya Prezidenti Vladimir Putinin sağlamlıq durumu ilə bağlı çoxlu fərziyyələrin” mövcudluğu barədə sual verilib.
Rusiyanın baş diplomatı suala elə “diplomatik cavab” verərək deyib: “Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə təmasda olan xarici liderlərdən, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşdən soruşun. Düşünürəm ki, nə barədə danışdığımı başa düşəcəksiniz”.
**22:44(01.05.2022)
Rusiya və Ukrayna arasında müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.
Senzor.az bildirir ki, xarici kəşfiyyat məlumatlarının paylaşıldığı “General SVR” teleqram kanalının xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən Putin əməliyyat olunacaq.
Son zamanlar yayılan görüntülərdə müvazinətini saxlamaqda çətinlik çəkən 69 yaşlı Putinin xərçəngin müalicəsi üçün tezliklə bıçaq altına girəcəyi və bir müddət üzdə olmayacağı iddia edilir.
Bildirilir ki, Putin Ukraynaya müdaxiləyə tam nəzarəti Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş DTK rəsmisi Nikolay Platonoviç Patruşevə həvalə edəcək.
18 ay əvvəl də parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin hələ aprelin 2-ci yarısında əməliyyat olunmalı imiş. Ancaq Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Putin əməliyyat olunmağa razılıq verməyib.