Vasif Məhərrəmli Bakıda restoranda hücuma məruz qalıb – “AZ QALA ÖLDÜRƏCƏKDİLƏR, ZORLA QURTULDUM”
VİDEO
Əməkdar artist Vasif Məhərrəmli Bakıdakı “Qurd qapısı” restoranında hücuma məruz qalıb. 
 
Senzor.az bildirir ki, müğənni bu barədə sosial şəbəkə hesabında yaydığı videoda danışıb.
 
Hadisənin niyə və necə baş verdiyini açıqlamasa da, V.Məhərrəmli həmin restoranda mütəşəkkil quldur dəstəsinin toplandığını iddia edib və insanları ora getməməyə çağırıb: ““Qurd qapısı” restoranı var, buradan üzümü insanlara tutub demək istəyirəm ki, oranın qapısını açmayın. Çünki orada mütəşəkkil quldur dəstəsi toplumu var. İnsanların cibini soymaqla, baş kəsməklə, qan içməklə məşğuldurlar. Təbii ki, məcazi mənada. Orada qazanılan bütün pullar haramdır. Bu gün həmin restorana verdiyim pulları haram edirəm. Haram xoşunuz olsun. Ofisiantların heç bir günahı yoxdur, amma oradakı müdiriyyət və administrator həm pulumu aldılar, həm də üzərimə şığıdılar. Az qala məni öldürəcəkdilər, zorla qurtuldum...”.
 
Video yayılandan sonra müğənni onunla əlaqə saxlayan jurnalistlərin “hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi” sualını cavablandırmaq istəməyib.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.