Təxminən iki həftədən çoxdur ki, Yerevan və Ermənistanın digər rayonlarında etiraz yürüşləri keçirilir. Ötən həftənin sonundan etiraz aksiyaları Yerevanda mitinqlər şəklində özünü göstərir.Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb ediblər. Mitinqdə o cümlədən müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası iştirak edir.
Etirazçılar hesab edirlər ki, baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasəti "Ermənistan və Qarabağa" təhlükə yaradır. Aksiyada “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirilir.
Nə baş verir? Aksiyanın məqsədi hakimiyyət dəyişikliyidir, yoxsa sülh prosesinə mane olmaq?
Baş verənlərlə bağlı siyasi şərhçi Oktay Qasımov Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.