Putin Vahid Ələkbərovu ordenlə təltif etdi - “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ”
Rusiya Prezidenti Vladimir Putin “LUKOYL” neft-qaz şirkətinin sabiq rəhbəri, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib.
 
"RİA Novosti" xəbər verir ki, iş adamı I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
 
Qeyd edək ki, aprelin 21-də Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.
 
O bunu Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarının “Lukoyl”un işinə mane olması ilə əsaslandırıb. V.Ələkbərovun sözlərinə görə, məhz bu amil onun şirkət rəhbərliyini tərk etməsinə səbəb olub.
 
Milyarder onu da bildirib ki, Rusiyadan getmək fikri yoxdur və bundan sonra sosial layihələrlə məşğul olmağa davam edəcək.
 
Xatırladaq ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. V.Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.