Kremlin Ukraynada başlatdığı işğalçı müharibədə erməni izləri: QƏRB İRƏVANIN BU ƏMƏLLƏRİNƏ GÖZ YUMUR!
Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən danışarkən əksər hallarda ABŞ və Qərb ölkələrinin rəsmi Kiyevə verdiyi iqtisadi-siyasi dəstək, silah yardımı qabardılır. Təbii ki, bu məsələ önəmlidir, lakin indiki məqamda Kremlin işğalçı siyasətini açıqca dəstəkləyən, bu ölkəyə hərbi, informasiya, humanitar dəstək verən ölkələr haqda məlumatlar daha çox qabardılmalıdır. Belə ölkələrdən biri də məhz Ermənistandır. 
 
Rəsmi İrəvan özünü Qərbə müsbət göstərmək üçün Ukraynaya dəstək verirmiş kimi bir eyforiya yaradır. Həqiqət isə ondan ibarətdir ki, bu ölkə müharibənin ilk günündən bu günə qədər qeyd-şərtsiz Rusiyaya hər mənada dəstək verib, bu gün də verməkdədir. 
 
Rus-erməni işğalının tarixi aspektləri
 
Ermənistanın Ukrayna-Rusiya müharibəsi fonunda rəsmi Moskvaya dəstək verməsi ilk belə hal deyil. Tarixə nəzər saldıqda rus-erməni işğalına dair onlarla fakta rast gəlmək olar. Misal üçün, çar Rusiyasının 19-cu əsrdə Cənubi Qafqazı işğal etməsində ən böyük pay məhz ermənilərə məxsusdur. Başda Gəncə xanlığı olmaqla, əksər xanlıqların müqavimətinin uzun çəkməməsinin əsas səbəbi ermənilərin xəyanət edərək ruslara dəstək verməsi idi. 
1920-ci il aprelin 25-dən 26-na keçən gecə rus qoşunlarının Azərbaycana şimaldan hücum etməsi və az müqavimət ilə bir neçə saat ərzində Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsində də erməni xəyanəti böyük rol oynayıb. Məsələ ondadır ki, həmin vaxt AXC-nin 60 mindən çox qoşunu vardı, lakin həmin qoşunlar Qarabağda çıxan erməni üsyanını yatırmaq üçün bu əraziyə cəlb edilmişdi. Ruslar AXC-ni işğal etmədən öncə yenə erməni kartını oynayaraq böyük müqavimət görmədən Azərbaycanı işğal etdi. 
 
Ermənilərin ruslara işğalçı planlarını həyata keçirmək üçün verdiyi dəstək qədər Kreml də hər zaman ermənilərə dəstək verib. Misal üçün, Birinci Qarabağ müharibəsində Azərbaycanın məğlub olmasının ən əsas səbəbi Kremlin müharibədən bir qədər öncə Azərbaycanda, xüsusilə də Qarabağda yerli əhalidən silahları toplaması və rusların 366-cı alayının erməni işğalçılarına dəstək verməsi idi.  44 günlük müharibə zamanında da rəsmi Moskva Ermənistana dəstək vermiş, 500 tona yaxın silahı təmənnasız Ermənistana dəstək üçün göndərmişdi. Təsadüfi deyil ki, aprelin 29-da ADA Universitetində 23 ölkədən 40 iştirakçının  qatıldığı “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələyə aydınlıq gətirdi. Ölkə başçısı açıq qeyd etdi ki, “44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm olaraq silahlar daşınıb”. Prezidentin qeyd etdiyi bu məqam faktiki olaraq “Azərbaycan Rusiyanın razılığı ilə Ermənistana müharibə açıb” arqumentini alt-üst edir. Peyk görüntülərindən də məlumdur ki, Rusiyadan Ermənistana 500 tona yaxın silah yardımı hava yolu ilə edilib. Bu reallıqlar altında hansısa danışılmış müharibədən söhbət belə gedə bilməz. 
 
Nəticə etibarilə XX əsrin əvvəllərində bolşeviklərin iştirak etdiyi qırğınlardan tutmuş Birinci və İkinci Qarabağ müharibələrinə qədər  hamısında Rusiya ilə Ermənistan bərabər olublar.
 
İşğalçı İrəvanın Ukraynada işğalçı Kremlə real dəstəyi  
 
İşğalçılığı dövlət siyasətinin əsas priorteti halına gətirən rəsmi İrəvan Ukrayna-Rusiya müharibəsi gedişində Kremlə açıqca dəstək verir. 
 
Birincisi, Ermənistan martın 23-də 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib. Paşinyan sonradan xəbəri nə qədər inkar edib dezinformasiya adlandırsa da yayılan peyk görüntüləri əksini deyir. Misal üçün, martın 18-də çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 Su-30 tipli döyüş təyyarəsinin olduğu aydın şəkildə görünür. Martın 25-də çəkilən növbəti görüntüdə isə Rusiyaya göndərilən Su-30 təyyarələri olduğu yerdə MiQ-29 qırıcıları görünüb. Yəni xəbərlər heç də Paşinyanın dediyi kimi dezinformasiya deyil. Bu belə özlüyündə rəsmi İrəvanın Rusiya-Ukrayna müharibəsində kimin tərəfində durduğunun isbatıdır. Bu gün Rusiya ordusu təkribində vuruşan yüzlərlə erməni əsilli rus vətəndaşları ilə yanaşı erməni könüllülər də var. Bu şəxslər tanklarına fəxrlə  “Armenia” yazır,  Rusiya bayraqları ilə yanaşı erməni bayraqları da dalğalandırırlar.  

İkincisi, az qala dünyanın hər yerində, həmçinin Bakıda Ukraynaya dəstək mitinqləri keçirildiyi halda Ermənistanda Rusiya lehinə mitinqlər təşkil edildi. Bundan başqa rəsmi İrəvan müharibə başlayandan dəfələrlə Ukraynadakı separatçılara humanitar yardımlar da göndərib. Bu da öz növbəsində Ermənistanın Rusiyaya humanitar dəstəyini sübut edir.  Üçüncüsü, Ermənistanın Rusiya-Ukrayna müharibəsində bəlkə də ən böyük dəstəyi informasiya dəstəyidir. Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədə erməni dezinformasiya maşını və onun sözdə media kapitanları da canla-başla iştirak edirlər. Başda Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyan olmaqla Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları Rusiyanın işğalçı siyasətini açıqca dəstəkləyirlər. İnformasiya propaqandasında ən aktiv şəkildə iştirak edən bu şəxslər təsadüfi deyil ki, Qərbin də hədəf oxuna tuş gəlib, başda Simonyan olmaqla, adını çəkdiyim şəxslərin bir çoxunun Qərb ölkələrinə səfər etməsi qadağan edilib. Adları “qara siyahı”ya salınıb. 
 
Turan Rzayev, 
siyasi şərhçi





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.