Hulusi Akar: Türkiyə regionda maraqlarının məhdudlaşdırılmasına imkan verməyəcək - FOTO
Ankara bölgədə Türkiyənin maraqlarına toxunan status-kvonun formalaşmasına imkan verməyəcək. 
 
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Mersin vilayətində Türkiyə Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizi regionu komandanlığına səfəri zamanı deyib.
 
Naziri Baş Qərargah rəisi Yaşar Gülər və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal müşayiət ediblər.
 
Hulusi Akar miqrant və qaçqınlara qarşı güc tətbiq edən Yunanıstan təhlükəsizlik qüvvələrinin qanunsuz hərəkətlərinə məhəl qoymayan dünya ictimaiyyətinin mövqeyini pisləyib.   
Türkiyəli nazir qeyd edib ki, Yunanıstan tərəfindən fərqli olaraq Türkiyə Hərbi Dəniz Qüvvələri miqrant və qaçqınları dənizin ortasında tələf olmağa qoymur.
 
Son nümunə olaraq Akar, ekipajı Liviyanın Misrata şəhəri sahillərində 17 qeyri-qanuni miqrantı xilas edən türk freqatı Gökçeadın hərəkətlərini xatırladıb. “Bu və digər faktlar Türkiyə Ordusunun dünyanın müxtəlif bölgələrində sülh və sabitliyə verdiyi töhfənin sübutudur. Hərbi dənizçilərimiz türk xalqının fəxri, Türkiyənin dəniz sərhədlərinin təhlükəsizliyinin keşiyində duran, humanizm prinsipinin daşıyıcılarıdır”, - deyə Akar bildirib.
 
Müdafiə Nazirliyinin rəhbəri diqqəti Türkiyə ilə Yunanıstan arasında Egey və Aralıq dənizi regionlarında, o cümlədən Kipr məsələsində ziddiyyətlərə cəlb edib. Onun sözlərinə görə, Türkiyənin mövqeyi beynəlxalq hüquq normalarına və problemləri dialoq yolu ilə müzakirə etməyə hazır olmasına əsaslanır. "Türkiyənin sülhsevər istəklərinə baxmayaraq, Afina təxribatlarını davam etdirir və aqressiv ritorikadan əl çəkmir", - deyə o, Aİ-nin Yunanıstan tərəfindən beynəlxalq humanitar hüququn pozulması faktlarını tədricən tanımağa başladığını qeyd edib. 
“Biz Türkiyənin bölgədəki hüquq və maraqlarının pozulmasına imkan verməyəcəyik. Bunun üçün həm əzmimiz, həm də potensialımız var”, - deyə Akar vurğulayıb.   
Müdafiə Nazirliyinin başçısı daha sonra Türkiyə Ordusunun İraqın şimalında və Suriyada terrorçulara qarşı uğurlu əməliyyatlarına diqqət çəkib.
 
Onun sözlərinə görə, aprelin 18-dən Şimali İraqın 3 bölgəsində davam edən “Pençe Kilit” antiterror əməliyyatı plana uyğun olaraq davam edir. Əməliyyat çərçivəsində artıq PKK terror təşkilatının 73 silahlısı zərərsizləşdirilib, terrorçuların istifadə etdiyi 102 mağara və sığınacaqların girişləri dağıdılıb.
 
“Əməliyyatları başa çatdırmaq və Türkiyəyə qarşı terror təhlükəsini aradan qaldırmaq əzmindəyik. Mübarizə sonuncu yaraqlı məhv edilənə qədər davam edəcək”, - deyə Akar əmin edib.   
Nazirin sözlərinə görə, Türkiyə Ordusu ölkə sərhədinin qorunması üçün bütün lazımi addımları atır. “Yalnız ilin əvvəlindən dövlət sərhədini pozan 2065 nəfər saxlanılıb. Sərhədi 132 472 dəfə qeyri-qanuni keçmə cəhdinin qarşısı alınıb. Sərhədin qorunması milli təhlükəsizlik məsələsidir”, - deyə Akar bildirib.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.