Bakıda “Kalaşnikov”la gəzən keçmiş məhkum saxlanıldı - FOTO, VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində saxlanılıb.
 
Polis İdarəsində onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb.
 
Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.
 
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Vasif Qəmbərov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.