Suriya Prezidenti Bəşər Əsəd bazar günü səhər Tehrana gəlib və orada İranın Ali lideri Ayətullah Əli Xamenei və Prezident İbrahim Rəisi ilə görüşüb.Senzor.az bildirir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Danışıqların məqsədi və məzmunu barədə məlumat verilməyib. Yalnız o qeyd olunub ki, bu, Əsədin Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri İrana ikinci səfəridir. O, İrana ilk dəfə 2019-cu ilin fevralında səfər etmişdi.
Xamenei və Rəisi ilə görüşdükdən sonra Əsəd İranı tərk edib.
Senzor.az