
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Polşaya etirazını bildirib.
Senzor.az bildirir ki, bu baədə Rusiya XİN açıqlama yayıb.
Məlumata görə, xarici əlaqələr idarəsi rəsmi Varşavadan bu gün pozulmuş əklilqoyma mərasimini yenidən təşkil etməyi tələb edib.
Qeyd edək ki, bu gün Varşavada Rusiyanın Polşadakı səfiri Sergey Andreyev sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq istəyərkən ona “faşistlər!” sədaları altında qırmızı boya atılıb. Nəticədə səfir mühafizəçilərin müşayiəti altında dərhal hadisə yerini tərk edib.
**14:54
Polşanın paytaxtı Varşavada Rusiya səfiri Sergey Andreyevə hücum olub.
"RİA Novosti" bildirir ki, hadisə o, sovet əsgərlərinin qəbiristanlığına əklil qoymaq istəyərkən baş verib.
Sakinlərdən biri onun üstünə qırmızı boya atıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Həmin görüntüləri təqdim edirik: