Bayden Rusiyaya qarşı tarixi fərman imzaladı - UKRAYNAYA LEND-LİZ ƏSASINDA SİLAH TƏDARÜKÜ HAQDA QANUN TƏSDİQLƏNDİ
ZELENSKİDƏN OPERATİV REAKSİYA
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb.
 
Senzor.az bildirir ki, bu barədə Ağ Evin sözçüsü Angela Peres məlumat yayıb.

 SIGNED: Ukraine Democracy Defense Lend-Lease Act of 2022 🇺🇦 pic.twitter.com/OgTG4sqHbv
— Angela Perez (@ADCPerez46) May 9, 2022

Qeyd edək ki, qanun layihəsi daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilib. Qanun C.Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.
 
Yeri gəlmişkən, Ukrayna üçün kredit-icarə qanun layihəsi ABŞ Senatında hələ Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlamazdan əvvəl - 2022-ci ilin yanvarında hazırlanıb.
 
Xatırladaq ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.
 
Onu da qeyd edək ki, Ukraynaya aid şərtlər İkinci Dünya Müharibəsi zamanı müttəfiqlər üçün olduğu kimidir - təchizat üçün əvvəlcədən pul ödəməyə ehtiyac yoxdur.
 
Və sonda... Bir az əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalamasına münasibət bildirib. Ukrayna lideri “Tvitter” səhifəsində yazıb: “Azadlığımız və gələcəyimiz uğrunda mübarizədə Ukraynanı dəstəklədiklərinə görə Co Baydenə və ABŞ xalqına minnətdarıq. Bu gün lend-liz qanununun imzalanması tarixi addımdır”.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.