Paşinyan artıq Ermənistanı təmsil etmir
MÜXALİFƏT LİDERİ XARİCİ SƏFİRLƏRƏ MÜRACİƏT ETDİ
Ermənistanın baş naziri Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir. 
 
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu mayın 10-da “Müqavimət” hərəkatının liderlərindən biri İşxan Saqatelyan İrəvanda keçirilən mitinqdə çıxış edərkən xarici dövlətlərin səfirlərinə və beynəlxalq təşkilatların nümayəndələrinə müraciətində deyib.
 
Müxalifətçi qeyd edib ki, Ermənistanda siyasi böhran yaranıb və onun həlli Paşinyanın və komandasının istefasını tələb edir. Bu tələb, Saqatelyanın fikrincə, hazırkı rəhbərliyin təhlükəsizlik, iqtisadiyyat və milli maraqların qorunması kimi sahələrdə fəaliyyətinin uğursuzluğu ilə bağlıdır.
 
Siyasətçi xarici diplomatları Ermənistan müxalifətinin mesajını öz ölkələrinin rəhbərliyinə çatdırmağa çağırıb. Saqatelyan Ermənistanın dövlət strukturlarının əməkdaşlarını da etiraz hərəkatına qoşulmağa, rəhbərliyin hədələrinə məhəl qoymamağa, vətəndaş itaətsizliyi aksiyaları təşkil etməyə çağırıb və işdən çıxarılacaqları təqdirdə onları,  müxalifət hakimiyyətə gəldikdən sonra yenidən işə düzəldəcəklərinə söz verib.  
İ.Saqatelyan onu da bəyan edib ki, “Müqavimət” hərəkatı mayın 11-də saat 12:00-da eyni vaxtda vətəndaş itaətsizliyi aksiyaları və avtoyürüş keçirəcək. O, mitinqdə iştirak edəcək avtomobillərə Ermənistan Respublikasının və separatçıların bayraqlarının taxılmasına, eləcə də etirazçıların himninə çevrilmiş “Zartnir, Lao” (“Oyan, Lao”) mahnısının yüksək səslə səsləndirilməsinə çağırıb. 
 
"Hər şey plan üzrə gedir. Biz planlaşdırıldığı kimi irəliləyirik...”, - deyə o vurğulayıb.
 
Xatırladaq ki, İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları mayın 2-də yenidən başlayıb. Etiraz hərəkatının iştirakçıları Qarabağ siyasətinə görə Ermənistan hakimiyyətinin istefasını tələb edirlər.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.