DTX rəisi Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü
FOTO
Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Senzor.az DTX-nın İctimai əlaqələr şöbəsinə istinadən bildirir ki, qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səyləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ən yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa Bəyannaməsinə uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib. Regional sabitliyə, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bundan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
 
Yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını çatdıran Seyfullah Hacımüftüoğlu təhlükəsizlik məsələləri üzrə dövlətlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyinə toxunub.
 
Görüşdə, həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər də müzakirə olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.