İrəvandakı müxalifət tərəfdarları hökumət binalarından birinin girişini bağladılar - VİDEO
İrəvanda “Müqavimət” hərəkatının üzvləri hökumət binalarından birinin girişini bağlayıblar.
 
Senzor.az-ın “Sputnik Armeniya”ya istinadən məlumatına görə, etiraz aksiyalarının koordinatoru, parlamentin vitse-spikeri  İşxan Saqatelyan bildirib ki, binaya girməyə ehtiyac yoxdur, sadəcə olaraq bütün girişləri bağlamaq lazımdır.
 
Binada Əmək Nazirliyi, Səhiyyə Nazirliyi,  Ətraf Mühit Nazirliyi, eləcə də Statistika Komitəsi yerləşir.
 
Saqatelyanın sözlərinə görə, onlar bu binanın qarşısını kəsiblər, çünki orada yerləşən nazirliklər artıq vətəndaşların maraqlarına xidmət etmir.
 
Müxalifətçi nazirlik rəsmilərini rəhbərliyin təzyiqlərinə boyun əyməməyə və onlara qoşulmağa çağırıb.
 
Xatırladaq ki, aprelin 26-dan İrəvanda və Ermənistanın bəzi rayonlarında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyada iki müxalif fraksiyanın-“Hayastan” və “Şərəfim var”ın deputatları iştirak edirlər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.