Fransa Prezidenti Emmanuel Makron Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə suverenliklə bağlı güzəştlərə getməyi təklif edərək Ukrayna ilə Rusiya arasında vasitəçiliyə nail olmağa çalışıb.UNİAN xəbər verir ki, bu barədə italyan jurnalistlərə müsahibəsində Z.Velenski özü danışıb.
“Makron Putinin imicini qorumaq üçün mənə Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif etmişdi. Mən təbii ki, bu təklifi qətiyyətlə rədd etdim. Vaxtilə aparıcı ölkə liderləri Hitlerə “dünyanın yenidən bölünməsi haqqında düşünməyə” imkan vermişdilər. Son illər Avropa Putinə və Rusiya Federasiyasına yanaşmaq üçün “xod” axtararkən də buna oxşar şey yaşanıb.
Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir... O, vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi və bunu edə bilmədi. Özü də məsələyə bizim tərəfimizdən yox, Rusiya tərəfdən yanaşırdı”, - Zelenski deyib.
Ukrayna lideri xatırladıb ki, Rusiya fevralın 24-də heç bir güzəşti vecinə almadığını və qarşısına məqsəd qoyubsa, başqasının ərazisini alacağını bir daha göstərdi. “İndi Makrona bu və ya digər diplomatik "pa”lar etmək lazım deyil. O, prezident oldu, mən onu dəstəklədim. Amma heç bir kənar addım atmadan, tarix bunu bağışlamır, sənin olanı geri qaytarmaq istəyirsənsə, ancaq irəliyə doğru addımlamalısan”, - Zelenski vurğulayıb.