Rüstəm Muradovun Qarabağdakı missiyası başa çatdı - YERİNƏ KİM GƏLƏCƏK?

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
 
Senzor.az bildirir ki, xəbəri “Sputnik Armeniya” yayıb.
 
Görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.
 
Arşak Karapetyan sülhün qorunmasına verdiyi töhfəyə görə R.Muradova təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da iştirak etdiyi görüşdə Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
 
Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.
 
Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub.
 
O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.