"SOCAR Petroleum" yanacaq qıtlığı və qiymət artımı ilə bağlı şayiələri təkzib edir
RƏSMİ
“Ölkəmizdə fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində dizel və A-92 yanacağının satışı ilə bağlı heç bir çətinlik yoxdur”.
 
Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib.
 
Ü.Həbibbəyli bildirib ki, qeyd olunan yanacaq növlərinin satışı fasiləsiz olaraq həyata keçirilir. Neft məhsullarının topdansatışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir: “Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da topdansatışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar “SOCAR PETROLEUM” QSC-yə məxsus həmin neft terminalı bazalarından lazımi qədər neft məhsullarını, eyni zamanda  dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər. "SOCAR PETROLEUM" QSC ölkə ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirir. Yanacağın qiymətinin bahalaşması ilə bağlı bizə heç bir göstəriş verilməyib.

Ümumiyyətlə yerli istehsal yanacaq növlərinin qiymətləri Tarif (Qiymət) Şurası tərəfindən nizamlanır. Xaricdən idxal olunan yanacaq növlərinin qiymətini isə sərbəst bazar müəyyənləşdirir".
 
Qeyd edək ki, benzinin bahalaşacağı barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bəzi KİV-lər isə “SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrində limit tətbiq edildiyi və sürücülərə yalnız 30 manata qədər yanacaq verildiyi barədə xəbər yayıblar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.