Kadırov Ərdoğana müraciət etdi
“ONLAR QATİL VƏ ALLAHSIZDIRLAR, XİLAS ETMƏYİN"
Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək “Azovstal” ərazisindəki ukraynalı hərbçilərin təxliyəsinə şərait yaratmamağa çağırıb. 

Senzor.az bildirir ki, o, bu barədə “Teleqram” kanalında paylaşım edib.
 
"Rusiya müsəlmanları müsəlman ölkəsi olan Türkiyənin Ukraynaya Bayraktar pilotsuz uçan aparatlarının tədarükü ilə bağlı xəbərdən kədərləndilərsə, təsəvvür edin ki, Türkiyə İslamın alovlu əleyhdarlarını və müxaliflərini evakuasiya etməyə hazırdır mesajını necə kəskin qəbul etdilər?”, – Kadırov qeyd edib.
 
O, “Azov” batalyonunu qatil və Allahsız adlandırıb. "Mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: “Azov” – qatillər və Allahsızlardan ibarətdir, indi onları Sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim etmək istəyirlər. Sizin köməyinizlə mühakimə və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağınıza imkan verməyin”, – deyə Kadırov bildirib. 

Xatırladaq ki, Türkiyə Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazır olduğunu bildirib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində Türkiyənin bunu Ukrayna və Rusiya tərəfi ilə müzakirə etdiyini, lakin Moskvanın razılaşmadığını deyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.