Tacikistanda Daxili İşlər Nazirliyinin idarəsinə silahlı basqın - ÖLƏN VƏ YARALANANLAR VAR
Tacikistanda Dağlıq Bədəxşan Muxtar Vilayətində Daxili İşlər Nazirliyinin idarəsinə silahlı basqın baş verib.
 
TASS bildirir ki, hadisə zamanı üç nəfər yaralanıb, bir nəfər həlak olub.
 
Nazirliyin mətbuat mərkəzindən verilən məlumata görə, həmin şəxslər Xoroq şəhərində qanunsuz aksiya keçiriblər, Daxili İşlər Nazirliyinin əməkdaşlarına silahlı basqın ediblər və nazirliyin binasına əl qumbarası atıblar.
 
Nəticədə Daxili İşlər Nazirliyinin idarə rəisinin birinci müavini və daha iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, hücum edənlərdən biri xəsarət alıb və xəstəxanada ölüb.
 
“Silahlı hücumda iştirak etmiş mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir, hadisənin təşkilatçılarına qarşı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb”, - deyə idarədən bildirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.