Ərdoğan nə Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək niyyətində deyil
"İSVEÇ TAMAMİLƏ TERROR YUVASIDIR"

“Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - dövlət başçısı bildirib.

 

Türkiyə lideri hər iki ölkə ilə mövcud olan iqtisadi əlaqələri xatırladıb: “Hazırda istifadə etdiyimiz təbii qazın 50 %-ni Rusiyadan alırıq. Bu bizim üçün strateji əhəmiyyətə malik münasibətlərdir. Bu münasibətləri kəsib ata bilmərik. Digər tərəfdən, Ukrayna ilə qida sahəsində əməkdaşlığımız var. Bunları da eyni şəkildə davam etdiririk. Bölgədə sabitliyin təminatçısı varsa, o da Türkiyədir. Bunu qorumalıyıq”.

 

Prezident İsveç və Finladiyanın NATO-ya üzvlüyü məsələsinə də toxunub: “NATO təhlükəsizlik təşkilatıdır. Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.

 

İsveçi tamamilə “terror yuvası” adlandıran R.T.Ərdoğan vurğulayıb ki, bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər: “Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar. Sonra qayıdıb nə etdilər? Misal üçün, hazırda Dədəağacda (Yunanıstanda şəhər – red.) ABŞ baza qurub və FETÖ Yunanıstan üzərindən Avropaya səfər edir. Özlərinə verdiyimiz terrorçu siyahısını da görməzdən gəlirlər. Onları hələ də qorumağa davam edirlər. İndi də deyirlər ki, tələbləriniz nədir bilək, ona uyğun olaraq İsveçdən, Finlandiyadan onu istəyək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.