Ermənistanda baş verənlərə Qərb niyə səssiz qalır?
BAKI VƏ İRƏVANA QARŞI İKİLİ STANDARTLAR...

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.

 

Ermənistanın baş naziri Nikol Paşinyan isə etirazçılara olduqca sərt şəkildə - kütləvi həbslər və polis zorakılığı ilə cavab verir. Belə ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının çox sayda əməkdaşları gəliblər. Onların insanlara zor tətbiq etdiyi paylaşılan videolardan da aydın görünür. Bundan əvvəl etirazçılara butulka atan Ermənistan polisi bu dəfə vətəndaşları döyərək dayandırmağa çalışıb. Saxlanılanlar arasında qadınlar da var. Ümumilikdə, 73 fəal da daxil olmaqla,  yüzlərlə insanın saxlanıldığı bildirilir. Maraqlıdır ki, Ermənistanda nə aksiyalar fonunda baş verən polis zorakılığına, nə də kütləvi həbslərə ABŞ, Qərb ölkələri reaksiya vermirlər. 

 

Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir. Təəssüf ki, tez-tez bu vəziyyətin şahidi oluruq. Məsələ ondadır ki, Azərbaycanda dövlət maraqlarını satan, xəyanətkarlıq edən, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüqüq- mühafizə orqanları hər hansı bir təbbir həyata keçirən zaman ABŞ və Qərb ölkələri başda olmaqla, bir çox təşkilatlar da dayanmadan bəyanatlar verməyə başlayırlar. Əksər hallarda isə proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər. Ancaq indi Ermənistanda baş verənləri “görmürlər” və yaxud da özlərini görməzliyə qoyurlar. 

Prinsip etibarilə, Paşinyan öz hakmiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır. Bu baxımdan əslində o, sələfləri Sekj Sarkisyan və Robert Köçəryandan fərqlənmir. Misal üçün, hazırda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. Hadisələr zamanı Qərbin “önəm verdiyi” bütün dəyərlər - insanların ifadə azadlığı, azad toplaşma hüququ və s. hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunması, KİV-in sərbəst fəaliyyətinə maneələrin yaradılması ilə ayaq altına salınır. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri isə özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. 

 

Yeri gəlmişkən Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi “Armenpress” agentliyinə müsahibəsində deyib ki, “ABŞ erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək. Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. ABŞ diplomatının sözlərindən belə çıxır ki, ermənilər iki dəfə Nikol Paşinyana səs veriblər və buna görə Vaşinqton Baş nazir Nikol Paşinyanı dəstəkləyir. Küçədə bağıranların isə sanki demokratiya ilə əlaqələri yoxdur. 

ABŞ səfirinin bu mövqeyi əslində anlaşılandır. Belə ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyini hər kəs bilir. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında da məhz Soros və onun fondu dayanırdı. Əslində bu fakt belə özlüyündə Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibətinin səbəbini izah edir.  

 

Turan Rzayev, 

siyasi şərhçi






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.