
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də işgüzar səfərlə Brüsselə gedəcək.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş nazirin Belçikanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan da öz mənbələrinə istinadən belə bir görüşün olacağı barədə anons verərək yazmışdı: “Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti görüş mayın 23-də Brüsseldə olacaq”.
Onu da xatırladaq ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da olub.
Senzor.az