Ərdoğan İsveç və Finlandiya liderləri ilə danışdı
TÜRKİYƏ ONLARIN NATO-ya ÜZVLÜYÜNƏ “HƏ” DEYƏCƏKMİ?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.

 

Ərdoğan Anderssonla ikitərəfli əlaqələri, eyni zamanda, İsveçin NATO-ya üzvlüyünü müzakirə edib. 

Türkiyə lideri Alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından təməl dəyər olduğuna diqqət çəkib.

 

Türkiyənin uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və təşkilatlarla təmaslarından narahatlığını ifadə etdiyini deyən Prezident Ərdoğan FETÖ terror təşkilatının İsveçdə mövcudluğuna da diqqət çəkib.

 

Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına göstərdiyi siyasi, maliyyə və silah dəstəyinə son qoyulmasının lazım olduğunu vurğulayıb.

 

PKK/PYD/YPG-nin İŞİD-lə mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini deyən Prezident Ərdoğan İsveçin PKK terror təşkilatı, onun Suriya və İraqda genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

 

Prezident Ərdoğan Suriyadan Türkiyəyə gələn terror təhlükəsi səbəbi ilə həyata keçirməli olduqları “Sülh çeşməsi” əməliyyatından sonra müdafiə sənayesi sahəsində İsveçin Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırılmasının vacibliyini qeyd edib...

 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Finlandiya Prezidenti Sauli Niinistö arasında da telefon danışığı olub. 

Bu barədə “Twitter“də Prezident Niinistö özü məlumat paylaşıb.

 

“Prezident Ərdoğanla açıq və birbaşa telefon danışığımız oldu. Mən bəyan etdim ki, NATO müttəfiqləri kimi Finlandiya və Türkiyə bir-birinin təhlükəsizliyinə öhdəlik götürəcək və beləliklə, əlaqələrimiz daha da güclənəcək. Finlandiya terrorizmin bütün forma və təzahürlərini pisləyir. Yaxın dialoqumuz davam edir”, - Finlandiya Prezidenti qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.