PKK tərəfdarları İsveçin NATO üzvlüyünə qarşı çıxdılar
“TÜRKİYƏNİN ŞƏRTLƏRİ QƏBUL EDİLMƏSİN!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparan İsveçin Baş naziri Maqdalena Andersson danışıqlarla bağlı bir sıra açıqlamalar verib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, o, Ankara ilə ikitərəfli əlaqələrin güclənməsini səbirsizliklə gözlədiklərini söyləyib.

 

Maqdalena Andersson bildirib ki, ölkəsi PKK-nın terrorçu təşkilatların siyahısına salınmasını açıq şəkildə dəstəkləyir: "Biz Türkiyə ilə əlaqələrimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Əlaqələrimizin gücləndirilməsini, necə deyərlər, dörd gözlə gözləyirik".

 

Amma elə onun bu açıqlaması ilə təxminən eyni vaxtda İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.

 

Norra Bantorget meydanında yığışan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.

 

Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və Türkiyənin şərtlərini qəbul etməməsini tələb ediblər.

 

Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-lıyıq” şüarı səsləndiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.