Yeni tədris ilinin hansı formada təşkil olunması ilə bağlı təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilir.
Senzor.az bildirir ki, brifinqdə təhsil naziri ilə yanaşı, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev də iştirak edirlər.
Tədbirdə yeni tədris ili ilə bağlı qərarlar açıqlanır. Artıq məlum olub ki, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də açılacaq.