Türkiyənin İsveç və Finlandiyadan tələbi – 5 SAATLIQ QAPALI GÖRÜŞÜN DETALLARI AÇIQLANDI
YENİLƏNİB

İsveç və Finlandiyadan 40 terrorçunun təhvil verilməsini tələb etdik.

 

“Haber Global” bildirir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşündən sonra mətbuata açıqlamalar verən Kalın ölkəsinin terrorla mübarizəni davam etdirəcəyini bildirib.

 

“Türkiyə 70 ildir ki, üzərinə düşən vəzifələri yerinə yetirir. Terrorizmə qarşı qətiyyətli mübarizəmiz də NATO-nun prioritetləri sırasındadır. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı hazırda üzvlük üçün müraciət edən ölkələrdə PKK, YPG və PYD kimi terror təşkilatlarının olmasıdır... Biz İsveç və Finlandiyadan cəmi 40 terrorçunun təhvil verilməsini istədik. Obama dövründən bəri ABŞ idarəçilərinin PKK və YPG-nin ayrı-ayrı təşkilatlar olduğuna dair açıqlama və arqumentlərinin bizim üçün etibarsız olduğunu da bildirdik. Biz istəyirik ki, Müdafiə Sənayesi üzərindən sanksiyalar qaldırılsın. YPG və PYD-nin fəaliyyətinin ört-basdır edilməsi bizim üçün qəbuledilməzdir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı konkret addımlarla və konkret vaxtda qarşılanmadıqca üzvlük prosesinin baş tutmayacağını söylədik”, - deyə Ərdoğanın sözçüsü bəyan edib.

 

Kalın qeyd edib ki, Türkiyəyə və terror təşkilatlarına münasibətdə zehniyyət dəyişikliyi vacibdir.

 

**21:24

Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşü başa çatıb.

 

TRT-nin məlumatına görə, Prezident iqamətgahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə ölkə Prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib.

 

İsveç Baş Nazirlik Aparatının dövlət katibi Oskar Stenström və Finlandiya Xarici İşlər Nazirliyinin müşaviri Yukka Salovaaranın iştirakı ilə keçirilən danışıqlar təxminən 5 saat davam edib.

 

Türkiyə nümayəndə heyəti Finlandiya və İsveç nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşdükdən sonra üç nümayəndə heyəti bir araya gəlib.

 

Danışıqlar mətbuata qapalı keçirilib.

 

**15:57


Ankarada Prezident iqamətgahında Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında ilkin məsləhətləşmə başlayıb.

 

Məlumatı “TRT Haber” yayıb.

 

Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Qalın və xarici işlər nazirinin müavini Sədat Önal, İsveçin heyətinə hökumət ofisinin dövlət katibi Oskar Stenstrom, Finlandiyanın təmsilçilərinə isə Xarici İşlər Nazirliyinin müşaviri Jukka Salovaara başçılıq edirlər.

 

Məlumata görə, görüşdə İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair məsələlər müzakirə olunur.

 

Bildirilib ki, toplantının sonunda yazılı açıqlama yayılacaq.

 

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə etiraz edir. Rəsmi Ankara üzv olmaq istəyən bu iki dövlətdən terrorçu PKK qruplaşmasını himayə etməyəcəkləri ilə bağlı yazılı öhdəlik istəyir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.