Bayden Azərbaycana yeni səfir göndərir
POLYAK VƏ FRANSIZ DİLLƏRİNİ MÜKƏMMƏL BİLİR

ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

 

APA xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır.

 

Nazir müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır.

 

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb. O, müxtəlif illərdə Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir kimi də işləyib.

 

Diplomat Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində Böhranların İdarə Edilməsi üzrə Direktor müavini, Mərkəzi Avropa İşləri Ofisində Direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Xarici Xidmət İnstitutunda Orientasiya Direktoru postlarında işləyib.

 

O, Massaçusetsdəki Tafts Universitetindən bakalavr dərəcəsinə malikdir və həmçinin Parisdəki “Institut des Etudes Politiques” (“Sciences-Po”) da təhsil alıb, həmçinin Milli Hərbi Kollecdə magistr dərəcəsi qazanıb.

 

Polyak və fransız dillərini mükəmməl bilir.  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.