Əfqanıstanda ABŞ-ın məhbuslara işgəncə verilən gizli bazası aşkarlandı - VİDEO/FOTO

“Taliban” silahlıları Kabil yaxınlığında ABŞ-ın gizli bazasından görüntülər yayıb.
 
“Duz çuxuru” kod adı verilən müəssisədə əsgərlərə təlim keçilib, həmçinin həbsxana olaraq da istifadə edilib.
 
Videodan belə çıxır ki, ayrılmazdan əvvəl amerikalılar onları nüfuzdan sala biləcək hər şeyi məhv etməyə çalışıblar – bina bütünlüklə yandırılıb.
 
Bazanın miqyasını göstərən peyk görüntüləri “The New York Times” nəşri tərəfindən dərc edilib.
 
Jurnalistlərin dediyinə görə, “Duz çuxuru”nda məhbuslarla pis rəftar edilib: onlar təcavüzə məruz qalıb, dar yerlərdə qapadılıb, yuxudan məhrum edilib və müxtəlif işgəncələr görüblər.
 
Nəşr əmindir ki, ABŞ ordusu ayrılmazdan əvvəl izləri xüsusi olaraq məhv edib ki, heç kim Əfqanıstanda insan hüquqlarının pozulduğunu bilməsin və məhbusların hansı şəraitdə saxlanıldığını görməsin. 

Oxu.az xatırladır ki, heç bir rəsmi sənəddə “Duz çuxuru”nun varlığı haqqında məlumat yoxdur. Mətbuatın yazdığına görə, onun inşasına 2002-2004-cü illərdə başlanılıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.