ABŞ-ın kəşfiyyat dronu Türkiyə sərhədlərində “kor” oldu - QARA DƏNIZDƏ MÜƏMMALI HADISƏ
FOTO, VİDEO

Naməlum elektronik müharibə qurğusu Qara dəniz üzərində kəşfiyyat uçuşu aparan Amerikaya məxsus “RQ-4 Global Hawk” (Qlobal Şahin) pilotsuz təyyarəsini təsirsiz hala gətirib.
 
 Xəbəri Rusiya hərbi dairələrinə yaxın Avia.pro nəşri yayıb.

 Bildirilir ki, Amerikanın strateji pilotsuz təyyarəsi “RQ-4 Global Hawk” Qara dənizin qərb hissəsində kəşfiyyat missiyasını həyata keçirməyə çalışarkən, böyük ehtimalla, dənizdəki naməlum elektron bloklama sisteminin güclü zərbəsinə məruz qalıb. Elektron zərbə o qədər güclü olub ki, dron idarəetməni itirib və İtaliyanın Sigonella aviabazasına qayıdaraq öz missiyasını dayandırmağa məcbur olub. Nəşr “RQ-4 Global Hawk”ın hərəkət xəritəsini də yayımlayıb. Xəritədən aydın olur ki, dron Qara dənizin Türkiyəyə yaxın ərazilərində kəşfiyyat aparırmış. İddiaya görə, pilotsuz təyyarə birdən-birə radarlardan itib, bir müddətdən sonra ona nəzarət qismən bərpa olunub. Lakin bir müddət sonra yenidən gözdən itən dron missiyasını dayandırmaq və İtaliyadakı hava bazasına qayıtmaq məcburiyyətində qalıb.

 “Maraqlıdır ki, Amerikanın strateji pilotsuz təyyarəsi RQ-4 Global Hawkın kəşfiyyat apardığı ərazidə 7 hərbi gəmi - bir minaaxtaran, iki korvet və dörd desant gəmisi vardı”, - yazılan xəbərdə Pentaqonun bununla bağlı hələ də rəsmi açıqlama vermədiyi vurğulanır.

 Qeyd edək ki, ABŞ istehsalı olan “RQ-4 Global Hawk” dronu yüksək hündürlükdə uçan PUA-dır. Silahsız olub kəşfiyyat/müşahidə məqsədli sensorlar ilə təchiz edilib. “Global Hawk” adı ona boş yerə verilməyib; qabiliyyətinə müvafiqdir. Belə ki, bir qitədən havaya qalxan bu PUA digər qitəyə qədər uça bilir. Peyklər vasitəsilə idarə olunur. Hədəf qitənin üzərində apardığı kəşfiyyat məlumatlarını idarə olunduğu mərkəzə göndərir.
“RQ-4 Global Hawk” yüksək hündürlükdə sürətli kəşfiyyat və nəzarət həyata keçirməyi bacarır. Qalxdığı ərazidən 3000 mil  uzaqda yerləşən ərazilərdə vəzifəsini həyata keçirə bilir, ayrıca olaraq hədəf sahəsinin üstündə 24 saat boyunca və 60.000 feet hündürlükdən daha yüksək ərazilərdə qalmaq xüsusiyyətinə malikdir. Bir sözlə, ABŞ-ın nadir PUA-larındandır və indiyədək cəmi 42 ədəd istehsal edilib.

Ovqat.com bütün bunları vurğulayaraq bildirir ki, Türkiyə elektronik silahlarının bu PUA-nı kor etməsi təsdiqlənərsə, qardaş ölkənin hərbi nüfuzu daha da  artacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.