“Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik” - TÜRKİYƏ PREZİDENTİ BAKI SƏFƏRİ HAQDA DAHA NƏLƏR DEDİ?

 

“Dəyərli qardaşım Prezident İlham Əliyevin dəvəti ilə etdiyimiz səfəri uğurla başa vurduq. Can Azərbaycanda həqiqətən qürurverici bir gün keçirdik. Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox-çox sevindirdi”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

 

““Bir millət, iki dövlət” şüarı ilə Bakıda “Bir festival”ın yeni ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək. Beləliklə, biz Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir hadisə ilə taclandırdıq. Türkiyə xaricində ilk dəfə Can Azərbaycanda təşkil edilən TEKNOFEST-in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük”, - Ərdoğan əlavə edib.

 

“Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professorumuz Doktor Əziz Sancarın olması TEKNOFEST-ə fərqli bir rəng qatdı. Azərbaycanlı gənclərimizin çalışdıqları elm və texnologiya layihələri ilə komanda ruhunda yarışlarda iştirak etmələri bizi son dərəcə qürurlandırır”, - Türkiyə lideri vurğulayıb.

 

R.T.Ərdoğan onu da deyib ki, səfər  zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə əla ikitərəfli münasibətləri və Qarabağ qələbəsindən sonra regiondakı vəziyyəti nəzərdən keçiriblər: “Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək”.

 

“Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə reinteqrasiyasına dəstəyimiz davam edəcək. Müvafiq qurumlarımız şirkətlərimizlə birlikdə kənd təsərrüfatı torpaqlarının bərpası üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq”, - Türkiyə lideri deyib.

 

Dövlət başçısı xüsusi vurğulayıb ki, Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb: “Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz...

 

 

Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”.

 

R.T.Ərdoğan, həmçinin qeyd edib ki, regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyiklərini artırmağa davam edəcəklər: “İnşallah qardaşım İlham Əliyevlə birlikdə iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, qismətimizi açıq eləsin”.

 

Türkiyə lideri sonda deyib: “Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm.

 

“TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.