Ərdoğan keçmiş səfir haqda - BU ADAM AZƏRBAYCANA DA XƏYANƏT ETDİ!

Türkiyədə müxalifətin “taktiki doğru” gedişlərinin nə olduğunu öyrənə bilmədik. Onların “taktika yanlış” dediklərini anlamaq mümkün deyil.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif mövqeli siyasətçi Ünal Çeviközün “Türkiyənin İsveç və Finlandiya ilə bağlı gedişləri yanlışdır” iddialarına cavabında deyib.

 

“Bu açıqlama ilə çıxış edən şəxs (Ünal Çeviköz – red.) Azərbaycanda keçmişdə bir vəzifə icra etdiyi halda, daha sonra Qarabağdakı proseslərlə bağlı Azərbaycanın da əleyhinə açıqlamalar verdi. Yəni, bunların ağlının hansı istiqamətdə çalışdığını anlamaq mümkün deyil. Biz atdığımız addımları olduqca yaxşı düşünürük”, - deyə türk lider bildirib.

 

Axar.az xatırladır ki, Türkiyənin Azərbaycanda səfiri olmuş Ü.Çeviköz bir neçə il əvvəl məqaləsində Türkiyənin uzun illərdir Ermənistanla diplomatik münasibətlər qura bilməməsindən və iki ölkə arasında quru sərhədinin bağlı qalmasından şikayətlənmişdi. Buna əsas səbəblərdən biri kimi Qarabağ münaqişəsini göstərmiş və erməni tərəfini konfliktdə haqlı çıxarmağa çalışmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.