Zelenski Xarkova getdi və müşavirə keçirdi - RUSİYA QOŞUNLARI ŞƏHƏRİ ATƏŞƏ TUTDULAR
FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Xarkov vilayətinə işgüzar səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Prezident ofisinin "Telegram" kanalında məlumat verilib.

 

Bildirilib ki, Zelenski Ukrayna hərbçiləri ilə görüşüb, əməliyyat şəraiti ilə tanış olub, fərqlənənlərə dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib. 

"Xidmətə görə hər birinizə təşəkkür etmək istəyirəm. Siz bizim hamımız və dövlətimiz naminə həyatınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuza görə sizə təşəkkür edirəm. Özünüzü qoruyun!"- deyə Prezident bildirib.

 

Bundan əlavə, Ukrayna Prezidenti mənzil fondunun modernləşdirilməsi ilə bağlı müşavirə keçirib və bütün panel evlərin dəyişdirilməsini təklif edib: "Əgər bu artıq baş veribsə və bizdə müharibə gedirsə, o zaman bütün ölkə ərazisində, xüsusən də dağıdılmış ərazilərdə panel evlərin sökülməsi imkanlarını nəzərdən keçirməyə dəyməzmi?". 

Dövlət başçısının sözlərinə görə, bu  həm də ölkənin və şəhərlərin müasirləşdirilməsi, müasir yaşayış evlərinin tikintisi üçün bir fürsətdir.

 

V.Zelenskinin Xarkov səfəri bir məqama görə də diqqət çəkib. Prezident “qələbəni, müdafiəni yox, yalnız özünü düşünən” Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə rəhbəri Roman Dudini vəzifəsindən azad edib. 

"Hər kəs qalib gəlmək üçün çalışır və bu çox səmərəlidir. Təəssüf ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin yerli rəhbərliyi haqqında demək olmaz. Mən gəldim, aydınlaşdırdım, Ukrayna Təhlükəsizlik Xidmətinin regional rəisini şəxsən işdən çıxardım. Hansı motivlərə görə - bunu hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdirəcəklər”, - Zelenski vurğulayıb.


Qeyd edək ki, Roman Dudin Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbəri vəzifəsinə 2020-ci ilin martında təyin edilmişdi.


Yeri gəlmişkən, mayın 29-da Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin şəhərə gəlişi ilə bağlı məlumat yayılandan sonra Xarkov rayonlarından birini atəşə tutublar. 

“Suspіlne”nin məlumatına görə, “İşğalçılar Jukovski kəndinin ərazisini və Xarkovun şimal hissəsini atəşə tutublar”.  

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.