
İtaliyanın Turin şəhərində keçirilən "Avroviziya-2022" Mahnı Müsabiqəsinin qalibi Kalush Orkestri qrupu Ukrayna ordusu üçün pilotsuz təyyarələr almaq üçün qalibiyyət kubokunu dünən Facebook-da hərraca çıxarıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hərrac ukraynalı aparıcı Sergiy Pritula tərəfindən "Facebook" sosial şəbəkəsində keçirilib.
"Stefania" mahnısı ilə qalibiyyət qazanan qrup kuboku hərracda 900 min dollara satıb.
Sergiy Pirtula bildirib ki, satışdan əldə olunan vəsait Ukrayna Silahlı Qüvvələrinə veriləcək üç təyyarə və yerüstü idarəetmə stansiyasından ibarət pilotsuz uçuş aparatları kompleksinin alınmasına sərf olunacaq.