İlham Əliyev Vladimir Putinlə danışdı - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.

 

Prezident İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.

 

Söhbət zamanı iqtisadi-ticari sahədə ikitərəfli əməkdaşlığın bir sıra aktual aspektləri müzakirə edilib. Hər iki tərəfin Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, o cümlədən Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, bundan sonra da dərinləşməsi əzmində olması təsdiq edilib.

 

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdiriləcəyi qeyd olunub.

 

**13:55

Mayın 31-də Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

 

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası - regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi, blokadaların aradan qaldırılması ilə bağlı konkret məsələlərin həlli,  iqtisadi əlaqələr və nəqliyyat kommunikasiyaları xüsusi vurğulanmaqla, - diqqət mərkəzində saxlanılıb. 

 

İlham Əliyev mayın 22-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə məlumat verib.

 

Ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın bəzi aktual aspektləri müzakirə edilib. Azərbaycan Prezidentinin 2022-ci ilin fevralında Moskvaya rəsmi səfərinin yekunları nəzərə alınmaqla, Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da dərinləşdirmək üçün qarşılıqlı niyyət təsdiq edilib.

 

Müxtəlif səviyyələrdə müntəzəm təmasların davam etdirilməsi razılaşdırılıb.

 

Məlumatda o da vurğulanıb ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə olub.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.