TÜRKİYƏNİN BEYNƏLXALQ ADI DƏYİŞDİRİLDİ
RƏSMİ

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında məlumat verib.

 

Diplomat qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

 

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, - Çavuşoğlu yazıb.

 

Beləliklə, bundan sonra ölkənin adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Turkey, Turkei, Turquie və s.) "Türkiye" kimi istifadə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.