Türkiyə Litvaya "Bayraktar TV2" hədiyyə etdi
UKRAYNAYA VERMƏSİ ÜÇÜN

Türkiyə Ukraynaya TV2 pilotsuz uçuş aparatını (PUA) pulsuz vermək qərarına gəlib. Niyə?

 

Turan bildirir ki, bu suala Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Tvitter”dəki səhifəsində aydınlıq gətirib. Onun yazdığına görə, Litva vətəndaşları Ukraynaya PUA almaq üçün 6 milyon avro vəsait yığıblar. Onlar da həmin pulla PUA ardınca Türkiyəyə gediblər. Amma Türkiyə tərəfi pulun vətəndaşlardan yığıldığını öyrənincə, PUA-nı onlara pulsuz verib.  

 

"Pilotsuz uçuş aparatı üçün yığılmış pulla Ukrayna üçün lazım olan digər silahlar və humanitar yardım alacağıq. Təşəkkürlər, Türkiyə!", - deyə Anuşauskas vurğulayıb.

 

Həmin pilotsuz uçuş aparatlarını istehsal edən “Baykar” şirkətinin saytında da Litva sakinlərinin Ukraynaya "Bayraktar TV2" almaq üçün pul yığdıqlarından bəhs edilir. 

 

"Bunu öyrənən “Baykar” pilotsuz uçuş aparatını Litvaya hədiyyə etmək və bu vəsaiti humanitar yardım şəklində Ukraynaya təqdim etmək qərarına gəldi", - deyə məlumatda bildirilir.

 

“Baykar”ın hesabında, həmçinin pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktarın "Bayraktar TV2" fonunda Litva nümayəndələri ilə fotoşəkli yerləşdirilib. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.