“RİA Novosti” Azərbaycanda bloklandı
RƏSMİ BAKI AÇIQLAMA YAYDI

Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb.

 

Senzor.az bildirir ki, ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

 

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.

 

Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur. 

Bu arada məsələ ilə bağlı rəsmi Bakı da açıqlama yayıb. Xarici İşlər Nazirliyi  Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

 

"Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət təşkil edir.

 

"RİA Novosti" agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", - XİN rəsmisi əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.