![]()
Suriyanın şimalında "təhlükəsiz dəhliz" in (Türkiyə sərhədindən 30 km aralıda) formalaşmasını başa çatdırmaq üçün yeni antiterror əməliyyatları gəlir.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri qarşısında çıxış edərkən deyib.
Prezidentin sözlərinə görə, yeni əməliyyatlar Türkiyənin milli təhlükəsizlik problemlərini həll etməyə kömək edəcək.
Ərdoğan xatırladıb ki, əvvəlki illərdə Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Sülh çeşməsi”, bu ilin aprel ayından etibarən isə “Pençe-Kilit” əməliyyatları həyata keçirilir.
“Bütün bu əməliyyatlar Türkiyənin cənub sərhədləri yaxınlığında terrorçuların nəzarətində olan zona yaratmaq cəhdlərini darmadağın etməyə imkan verdi”, - deyə Prezident bildirib.
Dövlət başçısı Ankaranın düşmənlərinin Türkiyə Ordusunun qüdrətini sarsıtmaq cəhdlərinə diqqət çəkib. Onun sözlərinə görə, buna ən son misal Fətullah Gülən (FETÖ) terrorçularının əməlləri olub.
Ərdoğan vurğulayıb ki, Türkiyə hökuməti Silahlı Qüvvələrin gücünü maksimuma çatdırmaq siyasətini davam etdirir. "Ordumuz dünyanın ən müasir silahlı qüvvələri sırasında qalmalıdır", - Prezident vurğulayıb.
Prezident daxili hərbi-sənaye kompleksinin inkişafı istiqamətində atılan aktiv addımlara da toxunub.
Ərdoğan qeyd edib ki, son 20 ildə Türkiyənin müdafiə sektorunda idxalı əvəzləmə səviyyəsi 20 faizdən 80 faizə yüksəlib.
“Əgər əvvəllər Qərb istədiyi halda Türkiyəyə müdafiə məhsulları verməkdən imtina edirdisə, bu gün biz özümüz Qərbə ən son müdafiə sənayesi məhsulları ixrac edirik. Türkiyə, məhsulları xaricdən aktiv şəkildə tələb olunan ölkəyə çevrilib”, - deyə Ərdoğan bildirib.
Senzor.az