Rusiya Kiyevə raketləri Xəzər dənizindən atıb - UKRAYNANIN HHQ KOMANDANLIĞL MƏLUMAT YAYDI
YENİLƏNİB, FOTO

İyunun 5-i səhər saatlarında Rusiya qüvvələri Xəzər dənizindən Kiyevə bir neçə raket zərbəsi endiriblər.

 

Senzor.az bildirir ki, bu barədə “Ukrinform” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri (HHQ) komandanlığına istinadən məlumat yayıb.

 

İlkin məlumatlara görə, ruslar Xəzər dənizindən Tu-95 təyyarələrindən raket atıblar.

 

Milli Nüvə Enerjisiyaradıcı Şirkəti “Energoatom”dan bildiriblər ki, ehtimalla Kiyevə doğru atılan raketlərdən biri Cənubi Ukrayna AES-in üzərindən kritik dərəcədə aşağı hündürlükdə uçub: “Görünür, ruslar hələ də başa düşmürlər ki, raketin ən kiçik parçası belə işləyən enerji blokuna düşsə bu, nüvə fəlakətinə və radiasiya sızmasına səbəb ola bilər”.

 

Hərbi Hava Qüvvələri komandanlığının məlumatında isə deyilir: “Bu gün, iyunun 5-də səhər saatlarında düşmən Kiyev istiqamətində bir neçə raket atıb. Saat 06:00 radələrində “Mərkəz” hava komandanlığının zenit-raket qoşunları bölməsinin hərbçiləri aşkar edilərək atəşə tutulub, bir qanadlı raket məhv edilib”.

**09:52

İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kiyev şəhər meri Vitali Kliçko paytaxtın raket hücumuna məruz qaldığını açıqlayıb.

 

Onun sözlərinə görə, partlayışlar Kiyevin Darnitski və Dneprovski rayonlarında baş verib. İlkin məlumata görə, infrastruktun partlaması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs artıq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerində xilasetmə işləri aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.