
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Ukraynaya HIMARS raket sistemləri vermək qərarı qüvvələr balansında heç nəyi kökündən dəyişməyəcək.
Senzor.az bildirir ki, o bu barədə “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib.
V.Putin qeyd edib ki, Ukraynada belə raket sistemləri əvvəllər də olub, sadəcə, indi bu itkilərin yeri doldurulur: "ABŞ-ın Ukraynaya reaktiv yaylım atəşi raket sistemlərinin tədarükü mahiyyətcə heç nəyi dəyişmir. Rusiya xüsusi əməliyyata başlayanda Ukrayna ordusunda təxminən 515 raket kompleksi var idi, onlardan 380-i məhv edilib. Lakin bəziləri bərpa edilib və ya ehtiyatlardan götürülüb. Hazırda Kiyevdə 360-a yaxın belə raket kompleksi var”.
Putin vurğulayıb ki, məsafə sistemin özündən deyil, istifadə olunan raketlərdən asılıdır: “Gördüklərimizin, eşitdiklərimizin, bildiklərimizin Ukrayna rejiminə etimad və ya inamsızlıqla heç bir əlaqəsi yoxdur, bu, amerikalıların hansı raketləri təmin etməsindən asılıdır. Amma bu gün eşitdiklərimiz və anladığımız raketlərin növündən asılı olaraq 45-70 km düz uçan raketlərdir. Bax, eyni şey “Qradlar”, “Qasırğalar”, “Tornadolar”da da mövcuddur. Onların da 40-70 km uçuş məsafəsi var. Yeni heç nə yoxdur”.
Rusiya Prezident onu da qeyd edib ki, əgər Kiyevə uzaq mənzilli raketlər verilərsə, bu halda Moskva lazımi nəticələr çıxaracaq və indiyə qədər toxunulmayan obyektlərə zərbələr endiriləcək.