Qərb yeni "bataqlıq" yaradır: UKRAYNA SSENARİSİ TƏKRARLANA BİLƏRMİ?
ŞƏRH

"İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək". Bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

 

"İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq - Sankt-Peterburq və Kalininqrad ətrafında. Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək", - ABŞ generalı bildirib. 

Millinin sözlərinə görə, Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir.

 

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.

 

O zamandan bəri sözügedən məsələ dünya siyasi elitasında ciddi müzakirə olunur. Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan bildirir ki, həmin dövlətlər terror təşkilatlarını dəstəklədikləri üçün Ankara onların Alyansa üzvlüklərinə qarşıdır. Türkiyənin bu mövqeyi Rusiyanın maraqlarına nə qədər uyğundur?  

Məsələ ondadır ki, Kreml NATO-nun güclənməsini, xüsusilə onun şərqə doğru genişlənməsini istəmir. Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının səbəbi və ya bəhanəsi də Ukraynanın NATO-ya üzvlük iddiası olmuşdu. Hələlik Moskva Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyünə ciddi münasibət bildirmir. 

 

Bəs bu ehtimal artdıqca Rusiya daha da aqressivləşə və Ukrayna ssenarisini təkrarlaya bilərmi? Və ya ola bilərmi ki, Qərb Rusiya üçün yeni "bataqlıq" yaradır? Əslində bu ehtimallardan heç birini tamamilə istisna etmək olmaz. 

 

Rusiya hazırda müharibə şəraitindədir. Qərbin sanksiyaları şimal qonşumuzu bir az da zəiflədir. Odur ki, Kreml "ağrımayan başına dəsmal bağlamaq" istəməz. 

 

İkinci bir tərəfdən isə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi hələlik sadəcə iddiadır. Amma bu, reallığa doğru gedəndə, yəqin ki, Rusiya reaksiya göstərməli olacaq.  

Doğrudur, Türkiyənin sərt reaksiyasının əsas səbəbi İsveç və Finlandiyanın terrorçuları dəstəkləməsi ilə bağlıdır. Amma bu, həm də Moskvanı dəstəkləmək deməkdir. Eyni zamanda, ola bilsin,  Ankara Qərbin Rusiya ilə bağlı "oyununu pozur". Şübhəsiz, bunu Kreml rəhbəri da başa düşür. 

 

Yaxın gələcəkdə İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı daha ciddi bəyanatların səslənməsi mümkündür. Bu, bir tərəfdən Alyansla Türkiyə arasındakı ziddiyyətləri dərinləşdirməklə yanaşı, həm də Rusiyanı qıcıqlandıra bilər. Bu mənada yaxın günlərdə Rusiya rəsmilərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun, XİN sözçüsü Mariya Zaxarovanın, Prezidentin sözçüsü Dmitri Peskovun və başqalarının iddiaçı dövlətlərə xəbərdarlıqlarının şahidi ola bilərik. 

 

Əgər Rusiya lazımi qədər qıcıqlansa və proseslər gərginləşsə, yeni cəbhənin açılması mümkündür. Bu isə onsuz da artıq başladığı iddia edilən Üçündü Dünya müharibəsini daha da şiddətləndirəcək. 

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.