Putin Ziniçevi varis seçmişdi: onu kim öldürdü? – ŞOK İDDİA

Bildiyimiz kimi, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev nazirlik tərəfindən keçirilən təlim zamanı həlak olub. Nazirin ölümü ilə bağlı Rusiyanın hökumətə yaxın çevrələrində sensasion fikirlər səsləndirilir.
 

Axar.az-ın araşdırmasına görə, Y.Ziniçev Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından olub. Və onun Kalininqrad vilayətinin qubernatoru təyin edilməsi də təsadüfi olmayıb. Belə ki, Putinin keçmiş arvadı, uşaqlarının anası Lyudmila Putina məhz Kalininqradda yaşayırdı. Putin öz ailəsini yalnız yaxın dostuna etibar edə bilərdi.

Rusiyanın hökumətə yaxın çevrəsindən sızan məlumata əsasən, Y.Ziniçevin ölümündə təsadüf ehtimalı çox azdır. Belə ki, sentyabr ayı ərzində Rusiyada böyük islahatlar olacağı gözlənilirdi. Yerdəyişmələr əsasən Rusiyanın Federal Təhlükəsizlik Xidmətində olmalı idi. Ziniçev bu mötəbər qurumun rəhbəri vəzifəsinə ən şanslı namizəd sayılırdı.
 
Putinin Ziniçevlə bağlı böyük planlarının olduğu, hətta kuluarlarda artıq onun Rusiya prezidentinin varisi olacağı haqda danışılırdı.
 
Onu da qeyd edək ki, 2014-cü ildə Ziniçev Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorizmlə mübarizə üzrə rəis müavini vəzifəsində çalışarkən strukturun rəhbər heyəti ilə fikirləri tez-tez üst-üstə düşmürdü. Generallar arasında mübahisələr də diqqətdən kənarda qalmırdı. 2018-cı ildə Ziniçev ərizə yazaraq FTX-də tutduğu vəzifəsindən istefa verir. O zaman müəyyən qüvvələr Ziniçevi bu qurumdan kənarlaşdırmağa nail olur.
 
Zineçevin FTX-dan istehfasından dərhal sonra Rusiya Prezidentinin qərarına əsasən o, RF-nin fövqəladə hallar naziri vəzifəsinə təyin olunur. Həmin ilin dekabr ayında Ziniçevə general-polkovnik rütbəsi verilir. 2020-ci ilin dekabrında isə Vladimir Putin Zinçenkoya ən yüksək ali hərbi rütbə - Ordu Generalı rütbəsi verir.
 
Sensasion təyinata sayılı günlər qalanda isə generalın başı daşa dəyir və o ölür...
 
Məhşur rusiyalı teleaparıcı Kiselyov demişkən: “Təsadüfdürmü?”. 
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.