ABŞ səfiri Bakıdan Putinə səsləndi – “RUSİYA İRANIN VƏZİYYƏTİNƏ DÜŞƏ BİLƏR”

“Rəsmi Vaşinqton Brüsselin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə yardımını dəstəkləyir”.

 

Senzor.az bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.

 

“ABŞ Cənubi Qafqaz regionunu firavan görmək istəyir. Həmçinin regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - o bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri mühüm əhəmiyyət kəsb edib: “Səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında ABŞ-ın oynadığı rol müzakirə olunub”.

 

Səfir  işğaldan azad edilmiş ərazilərimizin minalanmasından da danışıb: “Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir. Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər”.

 

Onun sözlərinə görə, bir sıra ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir.

 

“ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”, - səfir bildirib.

 

Örl Litzenberger Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini də söyləyib. 

  

Səfir deyib ki, ABŞ hər zaman Ukraynanı dəstəkləyir və hamını Rusiyanın təcavüzünə göz yummamağa çağırır.

 

Ö.Litzenberger vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına zərbə vurmalıdır: “Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”.

 

Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukraynadakı törətdikləri region ölkələri üçün ciddi çağırışdır.

 

Diplomat Rusiyanın bəzən düşünülməmiş və gözlənilməz həkərətlər etdiyini bildirib.

 

O deyib ki, Azərbaycanın Rusiya ilə yaxşı münasibətlərə malik olması böyük əhəmiyyət kəsb edir.

 

Diplomat eyni zamanda vurğulayıb ki, “ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər hazırda çox yüksək səviyyədədir”.

 

“Əməkdaşlığımızı gücləndirmək üzərində işləməyə davam edəcəyik. Biz sülh prosesinə kömək göstərməyə davam edəcəyik, regionu sabit və təhlükəsiz görmək istəyirik", - deyə səfir bir daha bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif mədəniyyətlərin nümayəndələri yaşayır və bu, multikulturalizmin inkişafına təkan verir: “Azərbaycan multikultural ölkədir və biz bunu dəstəkləyirik”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.