
İsrailin “Rafael” müdafiə konserni “Spike NLOS” ailəsinin tank əleyhinə elektro-optik idarə olunan çoxfunksiyalı raketlərinin altıncı nəslini təqdim edib.
Senzor.az bildirir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, raket qapalı mövqelərdən atəş açmağa imkan verir. İsrail ordusunda bu raketlərdən “Tamuz” adı altında istifadə edilir.
Raketin uçuş məsafəsi havadan buraxıldıqda 50 kilometrə qədər, yerüstü qurğudan atıldıqda isə 32 kilometr təşkil edir.
Altıncı nəsildə bir qurğudan dörd raketin eyni vaxtda buraxılması imkanı reallaşdırılıb. “Bu, vurula bilən uzaqmənzilli hədəflərin diapazonunu xeyli artırır və bununla da sürpriz elementini gücləndirir”, – deyə şirkətdən nəşrə bildiriblər.
Yeni nəsil “Spike NLOS” raketlərinin əlavə xüsusiyyətlərindən biri də idarəetmənin ötürülməsidir. Yəni, raket bir sistemdən buraxıla, digər sistemdən idarə oluna bilər.
“Tamuz-6” raketləri həmçinin artıq uçuşda olan hədəf haqqında məlumatı, məsələn, drondan və ya digər təyyarədən ala bilir. “Spike NLOS”un əvvəlki nəsillərində operator “Rafael”in "mürəkkəb spesifikasiya" kimi təsvir etdiyi hədəfin koordinatlarını əl ilə daxil etməli idi.
“Müxtəlif elektro-optik sensorlar tərəfindən təqdim edilən təsvirlərin köməyi ilə raket müstəqil olaraq hədəfin yerini müəyyənləşdirir, nişanlayır və operatora onu daha dəqiq və sadə şəkildə zərərsizləşdirməyə kömək edir”, - şirkətdən vurğulayıblar.
Belə bir funksiya bir çox oxşarlar arasında konkret bir hədəfi vurmağa çalışarkən faydalı olacaq, məsələn: bir taqım arasında bir komandirin tankını məhv etmək.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, İsrail aprel ayında lazer hava hücumundan müdafiə sisteminin sınaqlarının birinci hissəsini uğurla keçirib, həmin sınaq müddəti ərzində pilotsuz təyyarələr, raketlər, minaatan mərmiləri və tank əleyhinə raketlər vurulub.
İndi isə “İon Beam” ("Dəmir şüası") adlanan yerüstü lazer sistemi "Dəmir günbəz"sisteminə əlavə kimi hazırlanır.
Senzor.az