
Dövət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. İlk baxışda adi cümlədir. Amma. Bu ifşanın arxasında dərin, ən incə detaladək düşünülərək icra edilmiş kombinasiyalar sistemi var. Təfərrüatı ilə təqdim edək. Amma əvvəlcə xüsusi reportajımızda şərti olaraq Fidan adlandırdığımız bu qızı dinləyək. 3 aydan sonra 16 yaşı tamam olacaq. Az yaşlı sayıldığından üzünü göstərmirik, səsini də azca dəyişmişik. Beləliklə, Fidanın da hər bir gənc kimi öz arzusu olub.
Amma ola bilməyib. Öz həyatının əsas və köməkçi xətlərini çəkərkən yanılıb. Çox ciddi səhvlərə yol verib. Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində Fidan da olub. Daha əvvəldən başlayaq: deməli, Fidan öz vaxtını internet resurslarında keçirərkən, təhlükəli tora düşür. Ermənistanın revanşist düşüncəli, anti-Azərbaycan, antitürk qrupun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşıst qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları nələri üzə çıxarıb. Birincisi, qarşı tərəfdən ötrü Fidanın əlverişli obyekt və ya istifadəyə yararlı xammal olmasının səbəblərini. Erməni xüsusi xidmətləri Fidanın zəif yerini müəyyənləşdirirlər. Bu, Fidanın Artura olan rəğbətidir. Artur Martirosyan isə sıradan biri deyil. O radikal, nasist Haytarak qrupunun aparıcı simasıdır. Onun sosial şəbəkələrdəki səhifələrində hansı ideologiyanın daşıyıcısı olduğu aydın görünür.
Fidan özü də gizlətmir ki, Arturun fanatı olub. Və elə bu da kifayət edir ki, erməni xüsusi xidmətləri Fidana müxtəlif məkanlardan, müxtəlif istiqamətlərdən təzyiq etməklə onu Artura doğru itələsinlər. Fidana Artur və qrupu müxtəlif təyinatlı tapşırıqlar verir. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Bir səs yazısında biz onun bu işin öhdəsindən necə gəldiyini və qarşı tərəfə, onu nəzarətdə saxlayanlara necə qürrəylə hesabat verdiyini görürük. Danışdiği şəxs Karinadır. Əməliyyatda erməni xüsusi xidmət orqanlarının Fidanı təhkim etdikləri başqa bir tərəf müqabili.
FİDAN: “Mən bu gün Arturla danışdım. Soruşdum ki, necəsən, işlər necədi, cavab verdi ki, normaldı. O soruşdu ki, sən necəsən: mən ona, oturmuşam da, azərilərin kütlüyünə dözürəm dedim. O soruşdu: dərsdəsən, dedim ki, yox dırnaq kursunda, buna qədər isə mən deyirdim ki, bir az sonra gedib videonu çəkərəm, amma çəkmədim. Sabah səhər tezdən gedib çəkərəm. Ona göndərərəm və deyərəm ki, bağışla. Dünən bacarmadim. Baxmaq istəmirsən mənim dırnaqlarıma? Əla alındı. Bu qədər gözləməyə dəyərdi. Müftə üçün çox yaxşıdı!
Burda dırnaq mövzusuna aydınlıq gətirmək lazım gəlir. Çünki. Fidan onunla işləyən Karinayla danışanda dırnaqlarının onu ələ verəcəyindən narahat olduğunu göstərir. Dırnaqları nə üçün onu ələ verə bilərdi? Ona görə ki, çəkiliış apararkəm, çəkdiyi şəkilləri tirajlayarkən əli, barmaqları, dırnaqları ön planda olacaq.
“FİDAN”-MOQUT Lİ VİCHESLİT
“Necə bilirsən, manikürümdən mənim izimə düşə bilərlər? Doğrudan istiyirəm bir az cilalayım. İndi gedirəm salona, həm qaşımı aldırım, həm dırnağıma geli yaxşı yaxsınlar. Hələ ki, bilmirəm, orda yazırlar, biri o birisinə, biri o birisinə, amma məni axtarıb tapmaq yəqin ki, meşədə iynə axtarmaq kimi bir şeydi. Yəni mənim izimə düşüb tapmaq qeyri-mümkündür!” Mən belə hesab edirəm.
Amma Fidan burda yanılır. Azərbaycanın Dövlət Təhlükəsizliyi xidməti meşədə iynəni tapa bildiyini sübut edir. Fidansa hələ ki öz aləmindədir, əlində olan şəkilləri Bakının mərkəzi küçələri boyu gəzdirir və çəkiliiş aparır. Xoşbəxtdir…
“FİDAN” –MOQUT Lİ VİCHESLİT
“Əlimdəkilər Şəhid plakatı olsaydı, amma əlimdəki bu şəkillər bu ayrı bir dəhşətdir. Düşünürəm ki, Artur bundan sonra məndən vəcdə gələcək, məni sevəcək…
Beləliklə, Fidan inanır ki, fanatı olduğu Artura hər gün daha da yaxınlaşır. Rəfiqəsi, daha doğrusu erməni xüsusi xidmətlərinin planlaşdırdığı əməliyyatda obyektin rəfiqəsi olmaq tapşırığını Qazaxıstanda icra edən Karinadır. Özü demişkən, “hara gəldi soxulur yekə burnuyla!” O Fidanı şirnikləndirir, yeni-yeni addımlara təhrik edir… Özünün yerləşdiyi ərazini Fidana təqdim etmək də bu məqsədlədir. Ünvanın video görüntüsü Fidanda inam yaratmaq məqsədi daşıyır.
KARİNANIN EVİ: İstəyirsən sənə göstərim. orda azərilər yaşayır. Burda hər yerdə onlar var. Bura bir baba gəlib, bilmirəm niyə? Bu isə mənim evimdir…
Fidan Artur uğrunda apardığı mübarizədə hər şeyi edir ki, qarşı tərəfin etibarını qazansın.
FİDANIN SƏSİ: Hərbçilərimiz… Bütün gecəni oturmuşam tik-tokda canlı yayımda hərbçi azəriləri yıxıb-sürümüşəm…
İndi isə siz Fidanın səsini iş başında eşidəcəksiniz. O aldığı tapşırığı icra etməkdədir. Eyni zamanda yolunun üstündəki müşahidə kameraları haqqında da düşünərək.
FİDAN: Karina, burda o qədər kamera var ki, hər küncdə, erməni mahnısı altında çəkmək… inanmıram məni azərilər tapsın, həm də burda adam o qədər çoxdur ki, inanmıram kamera qeydlərinə baxa bilsinlər və baxdıqlarında da mən düşə bilim. Düşsəm batdım. Burda dirəkdə də bir kamera var…
Fidan sadəlövh deyil. O artıq prosesin içindədir. Bilir ki, etdiyi hərəkətlər ermənilərlə iş birliyidir. Nə qədər azyaşlı olsa da şüuru bunu dərk etməyə imkan verir. Ona görə də xofludur. Qorxur..
FİDANIN SƏSİ: Azərilər məni hərəkət yerimdən də, foto çəkdiyim rakursdanda da tapa bilərlər? Orda mən də düşə bilərəm kadra. Amma vecimə deyil. Sən necə düşünürsən?
Onu arxayın salan detallar var. Ona görə də kameraların çoxluğu həm də sakitləşdirir. Çünki Fidanın ağlına batmır ki, bu qədər kameraya kimsə sonadək baxa, hələ üstəlik də onun təsvirini 10 minlərlə, 100 minlərlə insanın içindən tapa bilər. Ona görə də Karinadan soruşur.
FİDANIN SƏS YAZISI: “Necə bilirsən, azərilər dövlət kameralarlndan qeydləri necə əldə edə bilərlər? Axı dövlət kameralarından necə götürə bilərlər?. Hardan bilərlər ki, kimsə bizim Bakını Ermənilərə ötürmək üçün videoya çəkir? Necə bilirsən?
Deməli, tapşırıq icra edilib. Fidan ümumiyyətlə razıdır. Amma bir az da narahat.
FİDANIN SƏSİ: Mən şəklin surətin çıxartdım. Amma mənim qırmızı manikurum görünür…
Bir ara isə hətta nədənsə imtina da etmək istəyir. Bu zaman təhkim olunduğu, koordinatorluğu Qazaxıstandan edən Karina ona əməlli başlı təpinir.
KARİNANIN SƏSİ: “Sənin ananı… iş əsas yerə çatanda donub qalırsan. Elə axıradək. O (yəni Artur!) artıq səninlə danışmaq istəyir. Sən belə edirsən!!! axıracan get. Bu bəlkə də taleyindi!
Fidan öz gələcəyini belə təsəvvür edir. Karinayla öz sözləri ilə desək, etdiyi qız söhbətlərində belə xəyallanır. Hətta istehza da etməyi unutnmur.
FİDANIN SƏSİ: Təsəvvür edirsən, məni federal axtarışa verirlər… mən gedib evdə saçımın rəngin dəyişərəm, paltarımı dəyişərəm, başımı keçəl qırxdıraram, ora böyük bir nəhəng Azərbaycan bayrağı tatu edərəm çəkərəm və deyərəm ki mən sizi necə sata bilərəm. Mən vətənpərvərəm axi.. görmürsüz mənim keçəl və tatulu başımı?
Rəfiqəsi Karina Fidanın hərəkətlərindən məmnundur və azərbaycanlılara olan nifrətini də sözarası üzə vurur.
KARİNA: Azəriləri incitmisən: Sən azərilərin xətrinə dəymisən. Amma mən inanmiram ki, o qədər küt olasan ki gedib manikura görə axtarasan. Amma istənilən halda azərilərin bir yeri yanır ona görə bütün kameraları qaldırıb baxacaqlar. İnanıram ki hər şey normal olacaq və sən Qazaxıstana qaçqın kimi köçməyəcəksən. Allah eləsin ki, hər şey normal olsun
Fidan isə artıq öz məqsədinin, Arturla ünsiyyətin bir addımlığında olduğunu düşünür.
FİDANIN SƏSİ: Arturla görüş o qədər yaxındır ki, mən hətta onnan Haytarak barədə, belə mövzularda soruşuram. Mən az qala onlarnan eyni kampanıyadayam, eyni pillədəyəm
Fidan özünü həbsxanada da təsəvvür edir. Fantaziyasında isə özünəməxsus dizayn qurub.
FİDANIN SƏSİ: Məni tutub basacaqlar içəri. Üzümə erməni bayrağını tatu edəcəm. barmaqlıq arxasında oturacam bu tatuirovkaynan. Öz “srok”umu oturacam. Ondan sonra çıxacam ordan olacam terrorist.
Fidan daha təhlükəli avantüralara da hazırdır. Artıq o anti-Azərbaycan, antitürk qrupun etimadı üçün ən ağlasığmaz addımlara belə qadirdir:
FİDANIN SƏSİ: Mənə elə gəlir ki, mənə deyəcəklər get Heydər Əliyevin məzarını təhqir et və fotosunu Haytaraka göndər. 
Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları Ermənistan Xüsusi Xidmət orqanlarının Azərbaycanda həyata keçirmək istədiyi əməliyyatı beləcə ifşa edir. Təhlillər göstərir ki, söhbət böyük bir qrupdan gedir. Bu qrup yalnız Artur Martirosyan, Karina Qazaryan və Sarkislə məhdudlaşmır. Onlar bir il ərzində Azərbaycandakı hədəfi - Fidanı müəyyənləşdirib, ətrafında iş aparıblar. Görəndə ki, artıq 15 yaşlı qızcığazın düşüncə tərzi ona istənilən tapşırığı vermək halına gətirilib, o zaman işə keçiblər.Bu qrupun üzvləri müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə yerləşiblər… Qazaxıstanda, Rusiyada və s. Onları əlaqəli bir sistem birləşdirir. Seçilmiş obyektə eyni vaxtda bir neçə istiqamətdən müdaxilə edilir. Pressinq altındfa saxlanılır. Gah bu, gah başqa səmtdən informasiyalar, tapşırıqlar daxil olmaqdadır. Nəhayət, Karina Artura Fidanı Haytarak qrupuna lazım olan beyinin sahibi kimi o zaman təqdim edir ki, artıq o tam hazır materialdır. Bundan sonra isə bir neçə ssenari hazırlayıb, ən uyğun olanını tətbiq ediblər. Xatırlayırsızsa, Fidan söhbətində bir neçə ssenaridə iştirakını xatırlatmışdı. Guya Gəncədə yaşaması, zorlanması, qardaşına ərə verilməsi barədə. Sonda isə Qareginin şəkliylə Şəhidlər Xiyabanında çəkiliş etmək… tapşırığı alır. Əslində Ermənistan xüsusi xidmət orqanları yeni nəsə etmir. Onlar standart texnologiyalarla işləyirlər. Seçilmiş obyekt birdəfə istifadə üçün hazırlanır. Onun sonrakı aqibəti onları maraqlandırmır. Təkrar edirik: Fidanın 16 yaşı hələ sentyabrda tamam olacaq. Ermənistan xüsusi xidmətləri üçün müqəddəs, toxunulmaz, tabu deyilən heç nə yoxdur. Dünyanın heç bir ölkəsinin xüsusi xidmət orqanı öz fəaliyyətində azyaşlılardan, uşaqlardan istifadə etmir. Amma Ermənistan xüsusi xidmət orqanları bu yolverilməz üsula da əl atır.
Sosial şəbəkələrin, youtube kanallarının təhlükəsindən danışanda biz belə riskləri mütləq nəzərə almalıyıq. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları Fidanı yaxalamaqla, həm də xilas etdi. Əməliyyatın əhəmiyyəti, xüsusi dəyəri də ondadır ki, bu təkcə bir yeniyetmə qızı yaxalamaq deyil, Ermənistan xüsusi xidmət orqanlarının toruna düşmüş kimisə xilas etmək deyil. Dövlət Təhlükəsizliyi Xidməti mürəkkəb, çox gedişli, çoxqütblü bir taktikanı ifşa etdi. DTX eyni zamanda müəyyənləşdirdi ki, Ermənistan xüsusi xidmətləri eyni vaxtda bir neçə ölkədən-bir neçə millətlərin nümayəndələri vasitəsilə əməliyyat qururlar. Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatının unikallığı da elə budur ki, peşəkarlarımız eyni zamanda bir neçə dövlətin cəlb olunduğöu çoxşaxəli kombinasıyanı ifşa edib. Erməniklərin “Fidan”ı ələ keçirmək planı bir neçə mərhələdən keçmişdi. Onun videoçata çıxarılması son aktdır. Buna qədər xeyli gedişlər olmuşdu ki, biz sizinlə onları izlədik.
Baxın marşrutlara. Fidana tapşırıq verirlər ki, Njdenin şəkli və Haytarak nasist rəmzi fonunda 28 May meydanını çək. 28 may bizdən ötrü müqəddəsdir. Fidana tapşırıq verirlər ki, oxşar çəkilişləri Şəhidlər Xiyabanında apar və bizə at. Şəhidlər Xiyabanı bizdən ötrü hansı mənanı daşıyır?! Fidana terrorçu, faşist Njde Qareginin şəkli və Haytarakın rəmzi fonunda Dövlət Neft Akademiyasını videoya çəkmək tapşırığı da çoxmənalıdır.
Garegin və Haytarak, Revanşistlər yəqin ki, bir neçə il bundan əvvəl terror aktı ilə üzləşmiş Neft Akademiyası binasının qarşısını məqsədli seçiblər. Burda bir terror xəbərdarlığı da ola bilər! Haytarak, Njde Qaregin, Revanşistlər, terror… bir-birini tamamlayan anlayışlardır…
Dövlət Təhlükəsizliyi Xidmətinə öz təhlükəsizliyinizi etibar edin, əlbəttə. Amma övladlarınızla da söhbət edin, danışın. Yoxsa bunu sizin yerinizə başqaları edəcəklər. O başqaları isə özümüzünkülər olmaya bilir.
Biz Azərbaycanın müstəqilliyinin qorunmasının hər birimizin işi olduğunu mütəmadi olaraq vurğulayırıq. İnternet resurslarının youtube kanallarının sərbəst fəaliyyəti fonunda yeni risklər, yeni təhdidər yaranır. Heç kim hər hansı məxfi kombinasıyaya hədəf olmaq aqibətindən, şantaj obyekti olmaqdan sığortalanmayıb. Üstəlik də face nyusların meydan suladığı dövrdə. Bir az əvvəl biz sizinlə şahidi olduq ki, erməni xüsusi xidmət orqanları azyaşlı bir azərbaycanlını öz dövlətinə,öz bayrağına qarşı necə işləyib hazırlayıblar. Onlar Ermənistanda özlərini revanşistlər, Qaregin Njdeçilər, Haytarakçılar adlandırırlar. Amma revanşistlər yalnız Ermənistanda deyil. Onlar Azərbaycanda da var. Azərbaycandakı revançşistlər 1993-cü ildə xalqın etimadsızlığı nəticəsində hakimiyyətdən qovulanlar və onların qalıqlarıdır. Onların da mübarizə üsulu ermənilərlə oxşardır. Fikir verirdinizsə, Fidan əsas etibarilə müşahidə kameraları, asayiş keşikçiləri barədə danışır. Görünür, tapşırıq həm də Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan qurumların fəaliyyətini gözdən salmaq məqsədi güdür. Baxın-Azərbaycanın asayişinə cavabdeh olan qurumların gözü qabağında Njde Qareginin, Haytarak-ın plakatları 28 Mayda, Neft akademiyasının qarşısında… Azərbaycanın içindəki revanşistlər də eyni taktika ilə işləyir. Onlar artıq neçənci həftədir ki. güc strukturlarını qar dənəcikləri effekti ilə yormaq, taqaətdən salmaq istiqamətində çalışırlar. Əsaslandıqları isə uydurmalardır. Uydururlar. Böhtan atırlar. Sonuncu iftira isə polisin guya dini təhqir etməsidir. Dayanmadan yalan ssenarilər qururlar. Necə ki, Fidan üçün ermənilər qurmuşdu. Rüfətin öz ssenarisi var, Bəxtiyarın öz, bir başqasının isə bir başqa ssenarisi. Və sonra həmin yalanları beynəlxalq tribunalara çıxarırlar. Ən maraqlısı da budur ki, yenidən heç kim bir zaman ajiotaja səbəb olan həmin o fakta, daha doğrusu feykə, sonralar daha qayıtmır. Yadınızdadır: bir müddət əvvəl şəhid məzarından su çıxır adı altında geniş təbliğat kampaniyasına, qaralama aksiyasına start verilmişdi… Bu kampaniyanın önündə youtube kanallarının məşhur hülqumları gedirdi. Hər şey onunla yekunlaşdı ki, şəhid məzarlarının bir qrupunu Şəhidlər Xiyabanına köçürdülər. Ara sakitləşdi. Amma bəs o su nə oldu. Maraqlıdır ki, o su daha ordan çıxmır, ətrafa axmır, nə baş verdi? O suyu kim qurutdu? O bulanıq suda, şəhid balalarımızın analarının göz yaşında kim balıq tutmaq istəyirdi? Və yaxud yaxın tariximizdə Birinci Qarabağ müharibəsi qazilərinin, əlillərinin kolyaskalı-arabalı etiraz aksiyalarını kim xatırlayır? Sonra nə oldu? 1994-cü ilin oktyabr hadisələrini unutmuşuqmu? Mən unutmamışam. Bəs indi şərəf və şan insanlarımız olan, ikinci Qarabağ müharibəsini qürur yerimizə çevirən, başucağlığımız olan qardaşlarımızdan, onların emosianal halından kim istifadə edir? Yenə sifarişçilər var? Yeni sifarişçilər var? İndi nə istəyirlər? Axı biz o günləri unutmamışıq. 1993-cü ilin iyun ayı qiyam, üsyan yox, həm də xalqın bir liderə etimad, bir prezidentə etimadsızlıq ayı idi… Bəzən mənə keçmişi tez-tez niyə xatırlatdığım barədə sual verirlər, hələ əlavə də edirlər ki, axı sənin xatırlatdığın hadisələrin 30-35 yaşlı insanlarımıza nə dəxli var? Onlar o günləri xatırlamır axı… Bilirəm xatırlamırlar. Amma biz o günləri bir daha yaşamayaq deyə, yeni nəsillər aldanmasın deyə o çağları onlara göstərməliyik. Onlar görməlidir ki, məlumatsızlıqlarından istifadə edərək bu məlumatsız auditoriyaya Məlikməmməd nağılı danışanların əksəriyyəti keçmişin Keçəl həmzələridir. Onlara özlərini gələcək kimi sırıyanlar bizim keçmişimiz olub və biz onları tarixin arxivinə vermişik. Xatırlamalıyıq. Hə, 1993-cü ildə Gəncədə baş verən hadisələrin bu gün əlində çizburqyer yeyərək tik-tokda, instaqramda qurdalananlara birbaşa dəxli yoxdur. Amma onun atası, anası, babasına var. Və o ata, ana, baba qorxmadan çəkinmədən tarixi danışmalıdır. Tarix hər gün tədris olunmalıdır. Evdə. Bağçada. Məktəbdə. Toyda. Yasda. Unudulmamalıdır. Məsələn. Prezident Tovuza getmişdi. Cənab Əliyev o zaman rayonun tarix-diyarşünaslıq muzeyinə də baş çəkmişdi. Bu iradlar da yadınızda olmalıdır.
Onda 2020-ci ilin mart idi. İndi 2022-ci ilin iyun ayıdır. Hazırlaşın. Bu da muzey. Tədbir görülüb. Amma necə? Xəritələri tam yığışdırıblar… Bax belə hadisələr baş verməsin deyə, biz Tovuza gedib xəritənin aqibətini öyrənməliyik. Biz Qaradağa, qəbristanlığa gedib baxmalıyıq ki, şəhid məzarından doğrudan su çıxır ya yox? Yaxud biz əmin olmalıyıq ki, əlil qardaşımızın kəsilmiş əlinin yerində kimin əli işləyir? Onu Ermənistana qarşı qalxan əlini kim ayağa çevirir ki, öz dövlətimizə qalxsın!? Eləcə də Milli Qurtuluş günümüzdə kimdən qurtulmuşuq deyə əbləh suallar verənlərə də cavab verməliyik. Biz vətəndaş müharibəsindəm qurtulmuşuq.
İlk dəfədir ki, mən bu çıxışı efirə verirəm. Çıxış bütünlüklə var bizdə. Zəif, məğlub, dövlət imtahanından iki alan bir iqtidarın mağmın etirafından başqa bir şey deyil. Nədən qurtulmuşuq? Bu sualın başqa bir cavabı. Ali Baş komandan dövlətin qarşısında dayanan təhlükə barədə danışır. Deməli, hərbi hissə qiyam edib. Ali Baş komandandan çıxış yolu. Buyurun.
Bax eybi yoxdur, “bizə tabe olmursa olmasın, getsin dağda, bir yerdə özü üçün könüllü kimi vuruşsun!” deyən təfəkkürdən qurtulmuşuq. Bu gün Bakının küçələrində Beynəlxalq tədbirlə bağlı olaraq müəyyən məhdudiyyətlərə camaatın etirazını təşkil etmək istəyən revanşistlər bir zamanlar Bakının həmin yollarında tankla gəzirdilər. Müstəqilliyimizi, dövlətimizi düşünək. Formula-1 yollarına rahat gəlib çıxmamışıq.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəylə söhbətimizdə pandemiyadan sonrakı dövrə uyğunlaşmaqdan danışdıq. Dünyada bir ruh narahatlığı var sanki. Sanki Planet, Yer kürəsi Adəm və Həvvanın buğda probleminə qayıdır. Və məsələ yalnız taxılın, buğdanın bahalaşmasında deyil. Dayanmaq, əl uzatmaq, canıyanan olmaq. Nəfəs dərmək və nəfs dərmək vaxtıdır. Şeyximizi dinləyək…