
Bu gün bölgədə Türkiyə söz sahibi ölkəyə çevrilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Əlbəttə ki, böyük ölkənin problemləri də çoxdur. Bu gün Türkiyənin Qafqazda, Balkanlarda, Suriyada olduğunu göstərməsi lazımdır. Türkiyənin ağırlığı, gücü görünsün. Eyni zamanda, Ukraynanın da bizdən gözləntiləri var, biz onları gözardı etməyəcəyik. Çünki Türkiyə haqqın tərəfindədir. Can Azərbaycan torpaqlarını aldı deyə, hər şey bitməyib. O torpaqların dirçəlməsi üçün hər gün birlikdə işləyirik”, - XİN rəhbəri vurğulayıb.